-
- 2-06-2024, 19:31
- 228
65 yaşlı kişi damdan yıxıldı
01.06.2024-cü il tarixində saat 13:35 radələrində 65 yaşlı şəxsin (cinsi kişi) damın üzərindən yıxılması (həyət evində) səbəbilə çağırış daxil olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan şəxsə bud sümüyünün boynunun subkapital yerdəyişən sınığı diaqnozu qoyulub və dərhal zəruri tibbi xidmətlər göstərilməyə başlanılıb.
Təhükəsizlik qaydası daşınma protokollarına uyğun olaraq reanimobillə - reanimasion briqada tərəfindən uğurla həyata keçirilib.