Rusiyaya zərbə olar, Moskvaya yox - Bayden
    • 6-06-2024, 23:43
    • 344

Rusiyaya zərbə olar, Moskvaya yox - Bayden

ABŞ Ukrayna Silahlı Qüvvələrinin Moskvaya Amerika silahları ilə zərbə endirməsinə icazə verməyəcək.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Ukraynalılara sərhədə yaxın, sərhədin o biri tərəfində istifadə edildikdə və Ukraynada konkret hədəflərə zərbələr endirmək icazəsi verilir. Biz Rusiya daxilində 200 mil (321 km) məsafədə zərbələrə icazə vermirik – o cümlədən Moskvaya və Kremlə”, - o bildirib.

Qeyd edək ki, mayın sonunda ABŞ hakimiyyəti Ukraynaya verilən silahların istifadəsinə qoyulan məhdudiyyətləri yumşaldaraq, Rusiyanın sərhəd ərazilərinə zərbələr endirməyə icazə verib.