"Səbail" daha 2 futbolçu ilə anlaşdı
    • 7-06-2024, 22:00
    • 221

"Səbail" daha 2 futbolçu ilə anlaşdı

Heyətini yenidən formalaşdıran "Səbail" klubu daha 2 yerli futbolçu ilə anlaşıb.

News24.az Fanat.Az-a istinadən xəbər verir ki, Bakı klubu "Qarabağ"dan Nihat Quliyevlə "Kəpəz"dən Vüsal Məsimovu sıralarına qatmağa hazırlaşır. 

Hər iki gənc futbolçunun keçidi tezliklə rəsmən elan olunacaq.

Qeyd edək ki, "Qarabağ"ın öz yetirməsi olan Nihat Quliyev 2022/2023 mövsümünü icarə əsasında "Şamaxı"da keçirib. Müdafiəçi bu mövsüm Ağdam təmsilçisinə dönsə də, əsas komandada cəmi 3 matçda forma geyinib. 

Vüsal Məsimova gəlincə, 24 yaşlı cinah müdafiəçisi başa çatan mövsümdə "Kəpəz"in heyətində 25 çempionat matçına çıxaraq 1 qol vurub.