-
- 7-06-2024, 16:10
- 2 290
Səs yazısı yayılan müdirlə bağlı QƏRAR
Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdirinin sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır.
News24.az “Qafqazinfo”ya istinadən bildirir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi araşdırmanın nəticəsi ilə bağlı açıqlama yayıb.
“Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Əmək Məcəlləsinə əsasən, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib.
Eləcə də, Xırdalan 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb” , – məlumatda bildirilib.