Blinken 8-ci dəfə İsrailə gedir
    • 7-06-2024, 17:34
    • 227

Blinken 8-ci dəfə İsrailə gedir

ABŞ dövlət katibi Antoni Blinkenin yenidən İsrailə səfəri gözlənilir.

News24.az xəbər verir ki, bazar ertəsi baş tutması gözlənilən səfərin İsrailin Qəzza zolağına hücumlarına başladığı 7 oktyabrdan bəri 8-ci səfər olacağı açıqlanıb.

Onu da qeyd edək ki, Blinkenin səfəri HƏMAS-ın İsrail tərəfindən təqdim edilən və ABŞ prezidenti Co Baydenin ötən həftə təqdim etdiyi girovların azad edilməsi təklifinə və atəşkəs razılaşmasına cavabını gözlədiyi bir vaxtda baş tutacaq.


Günel Məlikzadə