Sel Zaqatalada təsərrüfatlara ziyan vurdu
    • 8-06-2024, 12:03
    • 204

Sel Zaqatalada təsərrüfatlara ziyan vurdu

Sel suları Zaqatalanın Yuxarı Tala kəndində təsərrüfatlara ziyan vurub.

Dünən axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisinə yağan yağışdan sonra kənd ərazisindən keçən çay məcrasından çıxaraq həyətlərə dolub, təsərrüfatlara və həyətyanı sahələrə ziyan vurub.

Sel suları kənd sakini Mövləddin Qurbanəliyevə məxsus 20-dən artıq arı ailəsini aparıb, arıçılıq məhsullarını məhv edib.

Nəticədə arıçıya 20 min manata yaxın ziyan dəyib.//modern.az