Bakıda ana 4 uşağını ataraq sevgilisi ilə qaçıb - YENİLƏNİB
    • 3-07-2024, 15:21
    • 362

Bakıda ana 4 uşağını ataraq sevgilisi ilə qaçıb - YENİLƏNİB

Bakıda 4 azyaşlı uşaq küçəyə atılıb. Uşaqların anası tərəfindən tərk edildiyi iddia edilir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

Kəmalə Ağazadə uşaqların 3 gün öncə 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aşkarlandığını qeyd edib: “Tibbi müayinə məqsədi ilə uşaqlar Qarayev adına xəstəxanaya aparılıb. Daha sonra Sosial Xidmətlər Agentliyi tərəfindən sığınacağa yerləşdirilib. Onların üçü təxminən 14, 5, 4 yaşlarındadır, ən kiçiyi isə 5-6 aylıq olar. Böyük qız bildirir ki, anası sevgilisi ilə onları parkda qoyub və gedirəm kirayə ev tapmağa deyib. O gedən gedib...” 

K.Ağazənin sözlərinə görə, böyük qız əvvəllər Mingəçevirdə yaşadıqlarını, anasının adının Günay, atasının adının Asim, nənəsinin adının Nəcibə, özünün isə adının Günəş olduğunu bildirib:

“Uşaqların heç bir sənədinin olmadığı, daha əvvəl Xırdalanda yaşadıqları ehtimal olunur”. 


***

K. Ağazadə yenidən paylaşım edərək azyaşlıların anasının tapıldığını, kimliklərinin müəyyənləşdiyini bildirib.