-
- 10-06-2024, 11:25
- 330
Cənubi Koreyadan Şimala yeni cavab
Şimali Koreyadan son günlər bölgədə artan gərginliyi daha da artıracaq başqa bir addım atılıb. Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Şimali Koreyanın Cənubi Koreyanın sərhəd bölgələrinə zibil dolu daha 310 şar göndərdiyi bildirilib. Səlahiyyətlilər əhaliyə şarlar vasitəsilə göndərilən şübhəli maddələrə toxunmamaq barədə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, Cənubi Koreya ordusu Şimali Koreyanın davam edən hava şarına qarşı hərəkətə keçib.
Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada, 2016-cı ildən sonra ilk dəfə olaraq sərhəd bölgəsində təbliğat yayımlayan nəhəng dinamiklərin yenidən quraşdırıldığı qeyd edilib. "Səsgücləndiricilər vasitəsilə yayımların davam edib-etməyəcəyi Şimali Koreyanın hərəkətlərindən asılıdır" deyən bəyanatda, "Şimali Koreyanı zibil daşıyan şarlar göndərmək kimi alçaq hərəkətləri dərhal dayandırmağa çağırırıq" ifadəsi əlavə edilib.
Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq da yazılı açıqlamasında Cənubi Koreyanın sərhəd bölgəsində səsgücləndiricilərlə təbliğat aparmasına sərt reaksiya verib.
"Hava şarlarının göndərilməsi aksiyası iyunun 9-da başa çatmalı idi, lakin vəziyyət dəyişdi. Sərhəd bölgələrində səsgücləndirici ilə yayımlanan təxribat başladı. Bu, çox təhlükəli vəziyyətin başlanğıcıdır", - deyə Kim bildirib. Cənubi Koreya sərhəddən kənara hava şarları göndərməyə və səsgücləndiricilərlə yayıma davam edir, Şimali Koreya Koreyanın “yeni cavab” verəcəyini söyləyib.
Sözügedən “yeni cavab”la bağlı təfərrüat verməyən Kim, ölkəsinin həftə sonu sərhəddən 1400 balonla birlikdə təxminən 7,5 ton “tullantı kağızı” göndərdiyini də iddia edib. Bunların sadəcə zibil olduğunu və siyasi təbliğat materialı olmadığını bildirən Kim, Cənubi Koreyanın öz hərəkətlərindən geri çəkilməməsi halında, “davam olaraq tullantı sənədləri toplamalı olacağı” xəbərdarlığını edib.
Günel Məlikzadə