Moskvada 2 aylıq uşaq sancaq UDUB
    • 11-06-2024, 19:22
    • 185

Moskvada 2 aylıq uşaq sancaq UDUB

Rusiyanın paytaxtı Moskvada iki aylıq uşaq sancaq udub.

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, həkimlər onun nazik bağırsağının son hissəsində sancağı aşkar ediblər.

Onun qapalı olduğu və bağırsaq divarının iynə ilə zədələnmə təhlükəsinin olmadığı qeyd edilir.

Cərrahlar yad cismi müəyyən tibbi proseslərlə çıxara biliblər.

Uşağın vəziyyətinin yaxşı olduğu bildirilir. O, artıq tibb müəssisəsindən evə buraxılıb.