“Son atəşkəs təklifi ilə hədəflərimizə çatacağıq”
    • 11-06-2024, 17:11
    • 207

“Son atəşkəs təklifi ilə hədəflərimizə çatacağıq”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında qəbul edilən Qəzzada atəşkəs təklifi qərarı ilə bağlı İsraildən açıqlama verilib.

News24.az xəbər verir ki, İsrail hökumətinin rəsmisi bu gün Reuters agentliyinə bildirib ki, Qəzza ilə bağlı son atəşkəs təklifi İsrailə müharibəni bitirməzdən əvvəl əldə etməli olduğu bütün məqsədlərə nail olmağa imkan verəcək.

"İsrail HƏMAS-ın hərbi və inzibati imkanlarını məhv etmək, bütün girovları azad etmək və Qəzzanın gələcəkdə İsrail üçün təhlükə yaratmamasını təmin etmək kimi bütün müharibə məqsədlərinə nail olmadan müharibəni bitirməyəcək" deyib.

"Təklif İsrailə bu məqsədlərə çatmağa imkan verir və İsrail bunu edəcək", - rəsmi əlavə edib.

Həmas bu gün verdiyi bəyanatda BMT Təhlükəsizlik Şurasında qərarı qəbul etdiyini və detalların müzakirəsi üçün danışıqlara hazır olduğunu bildirib.

ABŞ dövlət katibi Antoni Blinken də HƏMAS-ın bəyanatını “ümidverici” kimi dəyərləndirib, lakin vacib olanın Qəzzada hərəkatın rəhbərliyinin atacağı addım olduğunu bildirib.

Günel Məlikzadə