Metro və vağzallarda pulsuz su paylanır
    • 30-06-2024, 16:18
    • 1 152

Metro və vağzallarda pulsuz su paylanır


Moskvanın bəzi metro stansiyaları və avtovağzallarında pulsuz su paylanılması təşkil edilib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Moskva meriyası məlumat yayıb.

“Yüksək temperatur səbəbindən 40-dan çox məntəqədə sərnişinlərə pulsuz içməli su paylayırıq. Bütün metro stansiyalarında və vağzallarda səsli məlumatlardan və plakatlardan istifadə edərək, moskvalılara və paytaxt qonaqlarına isti havalarda təhlükəsizlik qaydalarını xatırladırıq: diqqətli olun və sağlamlığınıza nəzarət edin”, - məlumatda bildirilib.

Qeyd edək ki, bugündən başlayaraq, 5 iyula qədər Moskvada anomal istilərlə bağlı xəbərdarlıq edilib.