“Beşiktaş”da CİDDİ İTKİ
    • 22-12-2023, 20:59
    • 250

“Beşiktaş”da CİDDİ İTKİ

“Beşiktaş” daha bir itki ilə üzləşib.

News24.az Apasport.az-a istinadla xəbər verir ki, İstanbul klubunun futbolçusu Aleks Oksleyd Çemberlen zədələnib.

Yarımmüdafiəçinin sağ ayağında ciddi zədə aşkar edilib. Klubdan verilən açıqlamada 30 yaşlı futbolçunun həkim nəzarətində olduğu vurğulanır. Onun 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, bu mövsüm “Beşiktaş” forması ilə 22 matça çıxan Aleks aktivinə 4 qol və 1 məhsuldar ötürmə yazdırıb.