"Qalatasaray" Okan Burukla müqaviləni uzatdı
    • 6-06-2024, 14:24
    • 272

"Qalatasaray" Okan Burukla müqaviləni uzatdı

"Qalatasaray" Super Liqada son iki mövsümü çempionluqla tamamlayan Okan Burukla 2 illik müqavilə imzalayıb.

News24.az xəbər verir ki, sarı-qırmızılıların təcrübəli çalışdırıcısının imza mərasimi iyunun 7-i cümə günü saat 11:00-da RAMS Parkda baş tutacaq.

"Qalatasaray"ın açıqlaması isə belədir:

"Məşqçimiz Okan Burukun imza mərasimi Ali Sami Yen İdman Kompleksi RAMS Parkında 7 İyun 2024-cü il Cümə günü saat 11.00-da Qalatasaray İdman Klubunun prezidenti Dursun Aydın Özbekin iştirakı ilə keçiriləcək".

Günel Məlikzadə