Argentinada Mileyə etiraz edildi - FOTO
    • 13-06-2024, 09:11
    • 144

Argentinada Mileyə etiraz edildi - FOTO

Argentinada Xavier Miley hökumətinin təqdim etmək istədiyi hərtərəfli "İqtisadi İslahat Paketi" minlərlə insan tərəfindən etiraz edilib.

News24.az xəbər verir ki, paytaxt Buenos Ayresdə Konqresin qarşısına toplaşan minlərlə insan hökumətin İqtisadi İslahat Paketinə sərt reaksiya verib və polislə qarşıdurma yaşanıb.

Molotof kokteyli və daşla hücum edən nümayişçilərə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və təzyiqli su ilə cavab verib.

Hadisələr zamanı 40 nəfər yaralanıb, 30 fəal saxlanılıb. Nümayişçilər konqresə getdikdən sonra gücləndirici təhlükəsizlik qüvvələri göndərilib.

Polisin gözyaşardıcı qazla müdaxiləsindən təsirlənən müxalifətdən olan 5 millət vəkili xəstəxanaya yerləşdirilib.

Aksiyaya ictimai təşkilatlar, sol partiyalar, təqaüdçülər, müəllimlər və müxtəlif həmkarlar ittifaqları dəstək verib.

Günel Məlikzadə