İsrail səfirliyinə molotof hücumu
    • 3-06-2024, 16:58
    • 154

İsrail səfirliyinə molotof hücumu

İsrail Xarici İşlər Nazirliyi bu gün verdiyi açıqlamada Rumıniyanın paytaxtı Buxarestdəki İsrail səfirliyinə molotof kokteyli atıldığını açıqlayıb.

News24.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, hadisə nəticəsində dağıntı və insan tələfatı olmayıb.

Bəyanatda deyilir ki, Rumıniya səlahiyyətliləri "görünüşcə Suriya əsilli" kimi xarakterizə etdiyi bir şübhəlini saxlayıblar.

Bildirilib ki, şübhəli şəxs təhlükəsizlik yoxlamasından keçərkən molotofu çıxararaq yandırıb və atıb.

Eyni zamanda, keçən həftə Meksikada Fələstin tərəfdarı olan nümayişçilər paytaxt Mexikoda İsrail səfirliyi qarşısında toplaşaraq İsrailin Rəfahda mülki əhalini qətlə yetirməsinə etiraz ediblər. Etirazçılardan bəziləri İsrail səfirliyinə girməyə cəhd edərək binaya molotof atıblar.

Dəmir baryerlərlə yaradılmış barrikadanı aşaraq səfirliyə daxil olmağa çalışan fələstinli tərəfdarlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Günel Məlikzadə