Şahzadə bundan imtina etdi - SƏBƏB
    • 13-06-2024, 11:40
    • 128

Şahzadə bundan imtina etdi - SƏBƏB

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud iyunun 13-15-də İtaliyanın Apuliya bölgəsindəki Borqo Eqnaziya kurortunda keçiriləcək Yeddilik Qrupunun (G7) sammitindən geri çəkilib.

News24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Məlumata görə, Məhəmməd bin Salman İtaliyanın baş naziri Giorgia Meloni-yə teleqram göndərərək sammitə dəvətə görə təşəkkür edib və Həccin təşkilinə nəzarətlə bağlı öhdəliklər səbəbindən tədbirə qatıla bilmədiyi üçün üzr istəyib. Bu il müsəlmanların Məkkəyə müntəzəm həcc ziyarəti iyunun 14-də başlayır.

Qeyd edək ki, G7 liderlərinin illik toplantısı cümə axşamı səhər başlayır.

Mehriban Mirzəzadə