-
- 14-06-2024, 13:11
- 387
Yaponiya Bankı uçot dərəcəsini dəyişdi?
BoJ iki günlük pul siyasəti iclasından sonra qərarlarını açıqlayıb.
News24.az xəbər verir ki, açıqlamada qısamüddətli faiz dərəcələrinin 0-0,1 % arasında sabit saxlanılmasına qərar verildiyi bildirilib.
Bank açıqlamasında istiqraz alışı ilə bağlı mart ayında verilən qərarlara əməl edəcəyini və qərarın 8-1 səs çoxluğu ilə alındığını bildirib.
Bildirilib ki, ölkə iqtisadiyyatının bəzi hissələri zəif qalsa da, qismən bərpa olunub və korporativ mənfəətin artması ilə şirkətlərin əsas investisiyalarında mülayim artım tendensiyası müşahidə olunur.
Açıqlamada, xidmət qiymətlərindəki yumşaq artım səbəbiylə illik 2,0-2,5 aralığında inflyasiya ilə inflyasiya gözləntilərinin artdığı bildirilmiş və Yaponiya iqtisadiyyatının potensial artımın üzərində böyüməyə davam edəcəyinin proqnozlaşdırıldığı qeyd edilib.
Digər tərəfdən, BoJ qarşıdakı dövrdə istiqraz alışları ilə bağlı bazar üzvləri ilə fikir mübadiləsi aparacağını və toplantı vaxtının bank tərəfindən açıqlanacağını başqa bir mətnlə qeyd edib.
Günel Məlikzadə