Çinin valyuta ehtiyatları 3,2 trilyon dolları ötdü
    • 7-06-2024, 17:44
    • 298

Çinin valyuta ehtiyatları 3,2 trilyon dolları ötdü

Çin Dövlət Valyuta Klirinq İdarəsindən verilən açıqlamada valyuta ehtiyatlarının may ayının sonunda bir əvvəlki aya görə 0,98% artdığı bildirilib.

News24.az xəbər verir ki, apreldə 3,2 trilyon dollar olan valyuta ehtiyatlarının may ayında 3 trilyon 232 milyard dollara yüksəldiyi qeyd edilib. Artımın svop əməliyyatlarının birgə təsiri və aktiv qiymətlərindəki dəyişmədən qaynaqlandığına diqqət çəkilib.

Açıqlamada, may ayında pul siyasəti gözləntilərinin və əsas iqtisadiyyatların makroiqtisadi məlumatlarının təsiri ilə ABŞ dolları indeksinin azaldığı, qlobal maliyyə aktivlərinin qiymətlərinin artdığı vurğulanıb.

Günel Məlikzadə