G7 sammitində Qəzza etirazı - FOTO
    • 15-06-2024, 14:50
    • 190

G7 sammitində Qəzza etirazı - FOTO

G7 liderlərinin sammiti bu il iyunun 13-15-də İtaliyanın ev sahibliyi edir.

News24.az xəbər verir ki, dünyanın ən inkişaf etmiş 7 iqtisadiyyatının liderlərinin bir araya gəldiyi sammit etirazların kölgəsində başlayıb.

Müharibələr və iqlim dəyişikliyi ilə bağlı siyasətlərə etiraz edən İtaliya xalqı ölkə liderlərinə səslənib.

Qeyd edək ki, nümayiş sammitin keçirildiyi Birindisi şəhərində keçirilib.

Fələstin bayraqları daşıyan etirazçılar İsrailin Qəzzaya hücumlarına reaksiya verib.

Aksiya zamanı müharibə əleyhinə şüarlar səsləndirilib.

Sammitin ilk gün görüşləri başa çatdıqdan sonra İtaliya prezidenti Sercio Mattarella liderlər üçün qala şam yeməyi təşkil edib.

Lakin italyanlar bu xərclərə reaksiya vermək və həmrəylik nümayiş etdirmək üçün etiraz bölgəsində öz masalarını qururlar.

Birindisi şəhərində etirazlar bu gün də davam edir.

Onu da bildirək ki, sammit bugünkü sessiyalardan sonra yekunlaşacaq.

Günel Məlikzadə