Bakıda qızların başına oyun açan 2 qardaş tutuldu
    • 26-01-2020, 10:03
    • 1 022

Bakıda qızların başına oyun açan 2 qardaş tutuldu

Bakının mərkəzi hissələrində oğurluq əməlləri törətmiş 2 qardaş tutulub.


News24.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsində Əliyev Üzeyir Xanlar oğlu və onun qardaşı Tərlan barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni, oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə iş açılıb. İki qardaş Bakının mərkəzində 3 qız və 1 oğlanın pul və qiymətli əşyalarını oğurlayıblar.


Artıq iş üzrə ibtidai istintaq yekunlaşıb və cinayət işinin materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 6-na təyin edilib.