-
- 16-06-2024, 10:13
- 130
Baş Prokurorluqdan 10 nəfərin xəsarət aldığı hadisə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.