Azərbaycanda 35 dərəcə isti olub – FAKTİKİ HAVA
    • 16-06-2024, 10:43
    • 202

Azərbaycanda 35 dərəcə isti olub – FAKTİKİ HAVA


İyunun 16-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 16-sı saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 35, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.