Ukraynada dəmir yolunda YENİ TƏXRİBAT
    • 17-06-2024, 08:05
    • 116

Ukraynada dəmir yolunda YENİ TƏXRİBAT


Ukraynanın Çerkassı vilayətində naməlum şəxslər dəmir yolu transformator yarımstansiyalarını yandırıblar.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Country Politics” "Telegram" kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Kanalın həmsöhbətinin sözlərinə görə, hadisə iyunun 15-nə keçən gecə Podobnaya kəndində, dəmir yolu keçidinin yaxınlığında baş verib. Naməlum şəxslər 2 qıfılı qoparıb, transformatorları açaraq onlara benzin töküb, sonra isə yandırıblar. Dağılan transformatorlar dəmiryol relslərinin işləməsini təmin edib. Həmin hissədə qatarların hərəkəti dayanmayıb.

Təhlükəsizlik qüvvələri “təxribat” maddəsi ilə iş açıb.

Məlumata görə, bütün Ukraynada dəmiryol şitlərinin yandırılması baş verir.