NATO-nun yeni lideri - FOTO
    • 26-06-2024, 12:31
    • 198

NATO-nun yeni lideri - FOTO

NATO müttəfiqləri növbəti baş katib vəzifəsinə Hollandiyanın baş naziri Mark Rutteni seçiblər.

News24.az xəbər verir ki, Rutte Yens Stoltenberqi əvəz edəcək.

Ruttenin təyinatı bu gün onun bu vəzifə üçün yeganə rəqibi Rumıniya prezidenti Klaus İohannisin yarışdan çıxdığını elan etməsindən sonra rəsmiləşib.

NATO-nun keçmiş lideri Stoltenberq varisi Rutteni “əsl Transatlantik, güclü lider və konsensus qurucusu” sözləri ilə tərifləyib.

Günel Məlikzadə