Paşinyan Azərbaycanla sərhəddəki ərazilərdə
    • 17-06-2024, 10:36
    • 332

Paşinyan Azərbaycanla sərhəddəki ərazilərdə

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla həmsərhəd olan rayonlarda olub.

News24.az xəbər verir ki, Paşinyan bölgədə aparılan infrastruktur layihələrinə baxış keçirib. O, İranla Ermənistanı birləşdirən M-2 İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolundakı tikinti və Qafan şəhərinin mərkəzindən keçən çayda beton bəndləmə işləri ilə tanış olub.

Səfəri çərçivəsində yerli sakinlərlə də görüş keçirən baş nazir onlarla bir sıra danışıqlar aparıb.

Daha sonra o, Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnuxu kəndinə gedib, orada sərhəddən köçürülən erməni ailələri üçün tikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak edib. Paşinyan sakinlərlə söhbətində sülhə və Azərbaycanla sərhədlərin delimitasiya prosesinə sadiq olduqlarını və yerli insanlar tərəfindən buna dəstək hiss etdiklərini deyib.

Aqil