Dövlət kirayəsi ilə bağlı qanun niyə işləmir? - ŞƏRH
    • 17-06-2024, 19:28
    • 149

Dövlət kirayəsi ilə bağlı qanun niyə işləmir? - ŞƏRH

"Dövlət kirayəsi deyilən mənzillər əslində qanunda var, amma faktiki olaraq belə evlər yoxdur”.

News24.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında mənzil eksperti Elnur Əsədov dövlət kirayəsi deyilən evlərdən danışarkən deyib. 

Ekspertin sözlərinə görə, Azərbaycan qanunları Avropa qanunlarından götürüldüyü üçün dövlət kirayəsi ilə bağlı qanun da orada əks olunub:

"Dövlət kirayəsi ilə bağlı məsələ Mənzil Məcəlləsində əksini tapıb. Həmin mənzillərin hər biri dövlətin balansındadır. Bu mənzillərin xüsusi aidiyyatı qruplar üzrə verilməsi nəzərdə tutulub. Realda isə bizdə bu evlər yoxdur”. 

Elnur Əsədov əlavə edib ki, qanunla bu evlərin bələdiyyələrin balansında olmalıdır:

"Sosial struktur bələdiyyədir. Azərbaycanda bələdiyyələlrin balansında dövlət kirayəsi yoxdur. Bunun üçün heç bir quruma müraciət etməyə dəyməz”.