-
- 31-05-2024, 15:09
- 242
Putin daha bir yüksək vəzifəli məmuru işdən çıxartdı
Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popovun vəzifəsindən azad edib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, Putin bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, Popov bu vəzifədə 2013-cü ilin martından işləyirdi. Buna qədər o, Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifəsini tutub.
Mixail Popov həm də ehtiyatda olan vitse-admiral, hərb elmləri doktorudur.