Leyen: Biz güclü Avropa istəyirik
    • 11-06-2024, 11:34
    • 234

Leyen: Biz güclü Avropa istəyirik

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Berlində qatıldığı Xristian Demokrat Birlik Partiyasının (CDU) toplantısından sonra təşkil edilən mətbuat konfransında Avropa Parlamenti (AP) seçkilərini dəyərləndirib.

News24.az xəbər verir ki, seçki nəticələrinin mərkəzdəki partiyaların üzərinə böyük vəzifələr qoyduğunu vurğulayan Leyen, "Fərdi məqamlarda fikirlər fərqli ola bilər. Bununla belə, hamımız güclü və təsirli bir Avropa istəyirik" deyib.

Seçkilərin fərqli mesajlar daşıdığını ifadə edən von der Leyen, "Siyasi spektrin ortasında hələ də güclü bir çoxluq var. Başqa sözlə, mərkəz dayandı, amma bu bir həqiqətdir ki, sağ və sollar da dəstək qazanıb”.

Von der Leyen Aİ Komissiyasının sədri vəzifəsinə yenidən seçilmək üçün ilk növbədə yeni AP-də sosial demokratlar və liberallarla dialoqa çalışacağını bildirib.

Günel Məlikzadə