-
- 19-06-2024, 23:00
- 336
Netanyahudan "vətəndaş müharibəsi" açıqlaması
Qəzzadakı qarşıdurmalarda həyatını itirən əsgərlərin anım mərasiminə qatılan Netanyahu keçirdiyi mətbuat konfransında hökumət əleyhinə nümayişlərə toxunub.
News24.az xəbər verir ki, o, belə deyib:
"Qardaşlar arasında vətəndaş müharibəsi olmamalıdır. Parçalanma zəiflikdir, birlik qələbənin şərtidir. Biz bir çox cəbhədə döyüşürük".
Qeyd edək ki, Qərbi Qüdsdə İsrail parlamentinin qarşısına toplaşan minlərlə israilli bu gün növbəti dəfə nümayiş keçirib. Onlar Qəzza zolağındakı israilli məhbusların geri qaytarılması üçün razılığın əldə olunması, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə çıxış ediblər.
İsraillilər dünən də eyni tələblərlə İsrail parlamenti qarşısında nümayiş keçiriblər.
Günel Məlikzadə