Minlərlə israilli Netanyahunu istefaya çağırır
    • 24-03-2024, 10:20
    • 218

Minlərlə israilli Netanyahunu istefaya çağırır

İsraildə Netanyahu hökumətinə qarşı etirazlar yenidən vüsət alıb. Son həftələrdə hökumət əleyhinə qruplar ölkə tarixindəki "ən sağçı hökumət"in istefasını və erkən seçkiləri tələb edərək, Qəzzada gedən müharibəni və əsirlərin geri qaytarılması üçün siyasi iradənin laqeydliyini tənqid edərək etirazlarını artırıblar.

News24.az xəbər verir ki, Netanyahunun iqamətgahının yerləşdiyi şimalda Hayfa, Qərbi Qüds və Qeysəriyyədə məhbusların geri qaytarılması tələbi ilə hökumət əleyhinə nümayişlər keçirilib.

Nümayişlərin diqqət mərkəzində Netanyahu hökumətinin məhkəmə qaydalarına qarşı etirazların simvoluna çevrilən və polis tərəfindən dəmir baryerlərlə bağlanan Kaplan küçəsində axşam saatlarında minlərlə etirazçının toplaşdığı paytaxt Təl-Əvivdədir.

Küçədə qurulan platformada fəallar hökuməti tənqid edən çıxışlar edərkən, etirazçılar baş nazir Netanyahu və onun hökumətindəki siyasətçilərə qarşı pankartlar, plakatlar və pankartlar qaldırıblar.

Hökumətin istefası şüarları səsləndirən minlərlə insan fit çalaraq kortejdə təhlükəsizlik qüvvələrinin dəmir baryerlər və avtobuslarla hər tərəfə bağladığı Menahem Begin küçəsinə doğru irəliləyib.

Etiraz bölgəsində Netanyahunun qanlı sifətinin əks olunduğu pankartlarla yanaşı, “Cinayət Naziri” yazılan pankartlar diqqət çəkib.

Bundan əlavə, iştirakçılar əllərində “Məsuliyyətli sənsən, günahkarsan” yazılı plakatlar daşıyıb. “Bibi Eskobar” sözləri Kolumbiyalı cinayət təşkilatının lideri Pablo Eskobarın fotoşəkili və Netanyahunun şəkli ilə kollaj edilib.

Dəmir baryerlərlə bağlanan küçədə polislə nümayişçilər arasında dava düşüb.

Günel Məlikzadə