Ergin Atamana NBA-dan təklif gəlib?
    • 20-06-2024, 10:37
    • 326

Ergin Atamana NBA-dan təklif gəlib?

"Panatinaikos"la Yunanıstan Basketbol Liqasında və THY Avroliqada çempionluq yaşayan Ergin Ataman açıqlamalar verib.

News24.az xəbər verir ki, təcrübəli baş məşqçinin açıqlamaları belədir:

"XOŞBƏXT VƏ QÜRURLUYAM"

"Özümü çox yaxşı hiss edirəm. Qürur duyuram. Bu çempionatlar bir az qeyri-adi oldu. Avropada böyük basketbol mədəniyyətinə malik olan, lakin dibə vuran klubu bir il ərzində götürüb Avropa çempionatına daşımaq.. Bunun dəyəri həm klub, həm azarkeşlər, həm də Yunanıstan idman ictimaiyyəti tərəfindən bilinir. Bu, mənim üçün qürurverici idi".

“NBA-DAN TƏKLİF YOXDUR”

“Panatinaikos”la daha bir illik müqaviləm var. Təbii ki, mən burada çox xoşbəxtəm. Amma digər tərəfdən, mən peşəkaram. Vəziyyəti dəyərləndirəcəm. Əgər müqaviləni uzatmaq istəməsələr, gələn il çıxacağam. Dediyim kimi, Afinada gözəl ab-hava var. Təklif gəlsə, nəzərə alacam. Gəlməsə, qabağa baxarıq. Bilirəm ki, okeanın o tayından məni izləyənlər var. İndi Avroliqanın ən yüksək pilləsindəyəm. Hələlik NBA-dan təklif yoxdur, amma gəlsə, orada əlimdən gələni edəcəyimi bilirəm. Gələn il üçün işlərə başlamışıq. Maksimum iki ad gedəcək və onları iki nəfər əvəz edəcək. Bunlar çox vacib oyunçular olacaq. Prezident Giannakopoulos onsuz da sıravi insanları gətirməyəcək"- deyə bildirib.

Günel Məlikzadə