-
- 18-05-2019, 13:37
- 742
Bakıda 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə kongresi öz işinə başlayıb
Bu gün Bakıda növbəti 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə kongresi öz işinə başlayıb.
News24.az-ın xəbərinə görə, dünyanın müxtəlif Universitet klinikalarında çalışan 30-a yaxın tanınmış professorlar konfransda iştirak edir.
Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin üzvü İlham Məmmədov tədbirdə çıxışı zamanı Azərbaycan Səhiyyəsində son illərdə qazanılan uğurlardan, böyük inkişaf yolundan danışıb. Bildirib ki, insan sağlamlığı üçün bütün ölkələrdə, eləcə də Azərbaycanda səhiyyənin bariatrik cərrahiyyə sahəsində daim yeni araşdırmalar aparılır. Konfransda Bariatrik-Metobolik Cərrahiyyə Assosasiyasının sədri Tariel Ömərov və digərləri də çıxışlarında tədbirin önəmindən danışdılar.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari şöbəsinin müdiri Vüqar Qurbanov isə bildirib ki, tibbi sığorta 3 ilə yaxındır ki, pilot layihə kimi müxtəlif rayonlarda icra olunur və 2020-ci ilin yanvar ayının birindən bütün ölkə üzrə tətbiq olunmağa başlayacaq: “İlkin dövrdə bizim xidmətlər zərfimizdə bariatik cərrahiyyə ilə bağlı heç bir təminat nəzərdə tutulmur. Amma belə cəmiyyətlərlə biz sıx iş birliyi apararaq, gələcək dövrlərdə artıq maddi təminatları ölkə ərazisi üçün təmin edə biləcəyik".
Qeyd edək ki, Bakıda 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə kongresi 18-19 may tarixlərində davam etdiriləcək.
Afaq Mirayiq