Saxta spirtli içkidən ölənlərin sayı artır
    • 21-06-2024, 12:15
    • 215

Saxta spirtli içkidən ölənlərin sayı artır

Hindistanın cənubundakı Tamil Nadu əyalətinin Kallakuruçi bölgəsində saxta spirtli içkilərin istehlakı səbəbindən ölənlərin sayı artır.

News24.az-ın məlumatına görə, hökumət rəsmilərinin verdiyi açıqlamada ölənlərin sayının 34-dən 47-yə yüksəldiyi, 118 nəfərin isə müalicəsinin davam etdiyi bildirilib.

Hindistanda çərşənbə günündən bəri saxta spirtli içki qəbul edən ən azı 150 nəfər başgicəllənmə, baş ağrısı, qusma, ürəkbulanma, qarın ağrısı və göz narahatlığı kimi simptomlarla xəstəxanaya yerləşdirilib.

Tamil Nadu əyalətinin baş naziri M. K. Stalin həyatını itirənlərin ailələrinə 1 milyon rupi (12 min dollar), xəstəxanaya yerləşdirilənlərə isə 50 min rupi (598 dollar) təzminat ödəniləcəyini açıqlayıb.

Hökumətinin verdiyi açıqlamaya görə, hadisə ilə bağlı indiyədək 4 nəfər saxlanılıb.

Qeyd edək ki, Hindistanda hər il onlarla insan piştaxtanın altında istehsal olunan qeyri-qanuni spirtdən zəhərlənərək ölür.

Günel Məlikzadə