-
- 20-06-2024, 11:23
- 321
Saxta spirtli içkidən ÖLƏNLƏR VAR
Press Trust of India xəbər agentliyinin məlumatına görə, Tamil Nadu ştatının rəsmisi M.S.Prasanth hadisənin Kallakuriçidə baş verdiyini bildirib.
News24.az-ın məlumatına görə, Prasanth qeyd edib ki, 29 nəfər saxta spirtli içkidən ölüb. Eyni zamanda, 100-dən çox adam müxtəlif xəstəxanalarda müalicə olunub.
Prasanth ölənlərin sayının arta biləcəyini və bölgəyə təcili yardım maşınlarının göndərildiyini bildirib.
Dövlət baş naziri M.K.Stalin də X sosial media platformasındakı paylaşımında məsələ ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.
Qeyd edək ki, Hindistanın şərqində yerləşən və 7 ildir spirtli içkilərin qadağan olunduğu Bihar əyalətində 2023-cü ildə 20 nəfər saxta spirtli içkidən dünyasını dəyişib.
Günel Məlikzadə