-
- 21-06-2024, 17:36
- 353
Sel və sürüşmə: Ölənlər var
Çinin Quandun əyalətində bazar günündən bəri yağan güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri həyatı dayandırıb.
News24.az xəbər verir ki, Meyçjou şəhərində sel və torpaq sürüşmələrində 47 nəfərin həyatını itirdiyi bildirilib.
Bildirilib ki, itkilərdən 38-i Pingyuan, 9-u isə Meixian və Jiaoling əyalətlərində qeydə alınıb. Təbii fəlakət nəticəsində ümumilikdə 2247 ev dağılıb, təxminən 356 kilometr yol, körpü və kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib. Ümumi iqtisadi itki 5,85 milyard yuan (təxminən 822 milyon ABŞ dolları) təşkil edib. Xilasetmə və yardım işləri davam edir.
Milli Hava Mərkəzi cənubda bir çox ərazilər və şimalda bir neçə nöqtə üçün xəbərdarlıq edib.
Qeyd edək ki, Çinin mərkəzi Henan, Anhuy və Hubey əyalətlərində, eləcə də sahilyanı Tszyansu əyalətində və cənub Quizhou əyalətində dolu və şiddətli tufanlar da gözlənilir.
Günel Məlikzadə