Tayvanda güclü zəlzələ oldu
    • 23-06-2024, 21:52
    • 284

Tayvanda güclü zəlzələ oldu


Tayvan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar adanın şərq sahillərində yerli vaxtla saat 22:27-də qeydə alınıb. SEO Xidməti

Zəlzələnin episentri təxminən 100 min nəfər olan Hualien şəhərindən 18,3 kilometr cənubda dənizdə, ocağı isə 17 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.