-
- 30-05-2024, 10:47
- 185
NATO-nun xarici işlər nazirləri Praqada görüşəcək
NATO ölkələrinin xarici işlər nazirləri Vaşinqton Sammiti öncəsi Alyansın gündəliyində duran məsələləri, xüsusilə də Ukraynaya dəstək məsələsini müzakirə etmək üçün Çexiyanın paytaxtı Praqada qeyri-rəsmi toplantıda bir araya gəlir.
News24.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Müttəfiq ölkələrin xarici işlər nazirləri bu il iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq məqsədilə Praqada qeyri-rəsmi görüşlər keçirəcəklər.
İki gün davam edəcək yığıncaqda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
Nazirlər Alyansın gündəliyində olan çəkindirmə və müdafiə ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparacaq və Ukraynaya dəstəyi ətraflı müzakirə edəcəklər .
Mehriban Mirzəzadə