-
- 19-05-2019, 11:41
- 1 025
“Aygünlü” ticarət mərkəzində qız üstündə QANLI DAVA – Öldürmək istədi
Şabran rayonunda qəsdən adam öldürməyə cəhd edən şəxsə açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, bu ilin yanvarın 30-da rayon ərazisindəki "Aygünlü" Ticarət Mərkəzinin qarşısında 1986-cı il təvəllüdlü Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da axşam saat 17 radələrində rayon sakini, 1997-cı il təvəllüdlü Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib. Məlum olub ki, gənc oğlan 33 yaşlı kişini qız üstündə bıçaqlayıb.
Artıq Şabran Rayon Prokurorluğunda aparılan cinayət işinin istintaqı yekunlaşdırılıb və Musayev Fərid Vüqar oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 22 yaşlı Fəridə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib.