Rusiya Ukraynada yaşayış məntəqəsini hədəf aldı
    • 24-06-2024, 23:10
    • 250

Rusiya Ukraynada yaşayış məntəqəsini hədəf aldı

Rusiya Ukraynanın bir çox bölgələrinə intensiv hücumlar həyata keçirir. 

News24.az xəbər verir ki, Rusiya qüvvələrinin bu gün Donestk vilayətinin Pokrovsk şəhərində mülki yaşayış məntəqəsinə təşkil etdiyi hücumda azı 4 nəfər həyatını itirib, 34 nəfər isə yaralanıb.

Ukraynanın Donetsk vilayətinin qubernatoru Vadim Filaşkin açıqlamasında deyib: “Bu, düşmənin son dövrlərdə mülki şəxslərə qarşı ən böyük hücumlarından biridir". 

Hücumun 2 ədəd “İsgəndər-M” ballistik raketi ilə həyata keçirildiyini bildirən Filaşkin 1 evin dağıldığını, 16 evin isə zərər gördüyünü bildirib.

Ukrayna Prokurorluğundan verilən açıqlamada hücumun yarım saat fərqlə həyata keçirildiyi və qaz kəmərinə və çoxlu sayda avtomobilə ziyan dəydiyi bildirilib.

Günel Məlikzadə