-
- 25-06-2024, 22:40
- 261
Fransada seçkilər vətəndaş iğtişaşlarına səbəb ola bilər
Fransa prezidenti Emmanuel Makronun mərkəzçi hökumətindən iki nazir xəbərdarlıq edib ki, ifrat sağçıların ən çox səs payını qazanacağı proqnozlaşdırılan Fransada erkən parlament seçkiləri ilə əlaqədar vətəndaş iğtişaşları və zorakılıqlar baş verə bilər.
News24.az xəbər verir ki, Marin Le Penin millətçi və anti-immiqrant Milli Ralli (MN) partiyası iki həftə əvvəl keçirilən Avropa Parlamenti seçkilərində birinci olduqdan sonra Makron Fransa parlamentini buraxıb. İyulda başlayacaq Paris Yay Olimpiya Oyunlarına az qalmış erkən seçki çağırışı edib.
Fransanın daxili işlər və maliyyə nazirləri bəyan ediblər ki, ifrat sağçıların uğurları, Fransa siyasətində və cəmiyyətində qütbləşmə cəmiyyətdə iğtişaşların artmasına səbəb ola bilər.
"Mən nizam-intizamdan, vətəndaşlar arasındakı münasibətlərdən, əmin-amanlıqdan və daxili sülhdən narahatam" maliyyə naziri Bruno Le Maire France Info radiosuna deyib.
"Mən RN-ni sabitlik və sülh faktoru kimi görmürəm. Mən onu nizamsızlıq və zorakılıq amili kimi görürəm", - Le Maire deyib.
Digər tərəfdən, RN-nin seçkiləri qazanacağı təqdirdə baş nazir ola biləcək lideri Jordan Bardella, hansı tərəfdən olmasından asılı olmayaraq, zorakılığa sıfır dözümlü olacağını söylədi. Güc bölgüsü razılaşması əldə olunarsa, Makron prezident olaraq qalacağı halda Bardella baş nazir postunu tuta bilər.
Bardella mətbuat konfransında "Bir neçə gündən sonra baş nazir olsam, cəmiyyətimizdə zorakılığa sövq edən təşkilatları sıradan çıxarmaq niyyətindəyəm" Bardella bildirib.
“Mən fərdi azadlıqları, etiraz azadlığını qoruyacağam... Zorakılıq mənim qırmızı xəttimdir”.
Günel Məlikzadə