Hakan Fidan və Blinken görüşəcək
    • 30-05-2024, 15:12
    • 202

Hakan Fidan və Blinken görüşəcək

İyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq çərçivəsində NATO üzvü olan xarici işlər nazirləri Çexiyanın paytaxtı Praqada qeyri-rəsmi görüşlər keçirəcək.

News24.az xəbər verir ki, iki gün davam edəcək danışıqlarda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Nazir Fidan ABŞ dövlət katibi Blinkenlə ikitərəfli görüş keçirəcək.

Xatırladaq ki, iki nazir sonuncu dəfə aprelin 29-da Səudiyyə Ərəbistanında görüşüb.

GÜNDƏM UKRAYNA VƏ QƏZZA

Xarici işlər nazirləri çəkindirmə və müdafiə gündəmləri ilə yanaşı, “Ukraynaya dəstək” məsələsini də ətraflı müzakirə edəcəklər.

Ukraynaya hava hücumundan müdafiə və artilleriya mərmilərinin tədarükünə diqqət yetirmək, dəstəyin davamlılığını təmin etmək yolları axtarılacaq.

Qeyd edək ki, hava hücumundan müdafiə məsələsinin Yunanıstan və Polşanın, eləcə də Ukrayna üçün təklif etdiyi “Avropada ümumi hava məkanı” təklifi kontekstində müzakirə olunacağı gözlənilir.


Günel Məlikzadə