-
- 27-06-2024, 13:33
- 748
11 yaşlı qız ögey atasından uşaq dünyaya gətirdi - DƏHŞƏT
Almaniyada 11 yaşlı qız ölkənin ən gənc anası olub.
News24.az publika.az-a istinadla xəbər verir ki, o, ögey atasından uşaq dünyaya gətirib. Bu barədə “Die Welt” yazıb.
Qız Şimali Reyn-Vestfaliya federal əyalətinin Siegen-Wittgenstein rayonunda yaşayır. Məktəb müəllimləri onun hamilə olduğunu görüb polisə müraciət ediblər.
Tezliklə uşaq dünyaya gəlib. Prokuror yoxlamaya başlayıb. Məlum olub ki, uşağın atası məktəbli qızın ögey atasıdır. Lakin o, hələ də saxlanılmayıb - prokurorluq sübut çatışmazlığına istinad edir. O da qeyd olunur ki, guya bu zorlama olmayıb və 11 yaşlı qız özü “uşaq istəyib”. Buna görə də pedofil onunla cinsi əlaqəyə girib.
Hazırda gənclərlə iş şöbəsi qız və uşağı himayədar ailəyə verib. Ona psixoterapevt kursları da təyin olunub.