Bill Qeytsin qızı kimlə sevgilidir?
    • 27-06-2024, 21:10
    • 216

Bill Qeytsin qızı kimlə sevgilidir?

“Microsoft” proqram təminatı şirkətinin qurucusu Bill Qeytsin 21 yaşlı qızı Fibi yeni sevgiyə başlayıb.

News24.az xəbər verir ki, Phoebe Gates Artur Donald ilə sevgili olduğunu açıqlayıb. Artur Donald musiqi tarixinin ən yaxşı qruplarından biri olan The Beatles qrupunun üzvlərindən olan Pol Makkartninin nəvəsidir.

Stenford Universitetini bitirən Qeyts sosial media hesabında Arturdan “sevgilisi” kimi bəhs edib.

Adı ilk dəfə 2023-cü ildə Donald ilə hallanan Qeyts susub.

Qeyd edək ki, Phoebe Gates Bill və Melinda Gates'in üç övladından biridir. Forbes jurnalına görə, Bill Qeyts dünyanın ən zəngin adamları arasında 9-cu yerdədir.

Yale Universitetini bitirmiş Artur Donald Pol Makkartninin nəvəsidir. Arturun xalası məşhur dizayner Stella Makkartnidir.

Pol Makkartni keçən il sərvətini 50 milyon funt sterlinq artıraraq Böyük Britaniyada ilk milyarder musiqiçi olub.

Günel Məlikzadə