“Xiomi” ağcaqanadlardan qoruyan qolbaqların istehsalına başladı
    • 4-07-2024, 20:30
    • 165

“Xiomi” ağcaqanadlardan qoruyan qolbaqların istehsalına başladı

Çinin “Xiaomi” şirkəti ağcaqanadlardan qoruyan xüsusi qolbaqların istehsalına başlayıb.

News24.az konkret.az-a istinadən xəbər verir ki, qolbağın əsas xüsusiyyəti ənənəvi kimyəvi maddələrdən istifadə etmədən həşəratları effektiv şəkildə zərərsizləşdirməkdir. Qualitell adlandırılan qolbaqların efir yağları ilə doldurulmuş xüsusi halqaları ağcaqanadların zəhlətökən hücumlarından qorumaq baxımından inqilabi yenilik sayıla bilər.

Elektrik enerjisi ilə bir dəfə şarj olunan qolbaq 90 gün ərzində ağcaqanadlardan qorunmağa imkan verir. Bilərzikdən istifadə edənlərin ilkin qiymətləndirməsi müsbətdir. İstifadəçilər bilərziyin ağcaqanad spreylərindən qat-qat təsirli olduğunu, uzunmüddətli və etibarlı qorunma təmin etdiyini vurğulayıblar.