Ermənistanda vəziyyət dəyişir – Yenidən Rusiya ilə yaxınlaşırlar
    • 4-07-2024, 20:00
    • 145

Ermənistanda vəziyyət dəyişir – Yenidən Rusiya ilə yaxınlaşırlar

Uzunmüddətli boykotdan sonra Ermənistan hakimiyyəti yenidən Rusiyaya səfərləri aktivləşdirib.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, iyulun 4-6-da Ermənistan parlamenti sədrinin müavini Akop Arşayanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Çerepovets şəhərində olacaq.

“Hraparak” Ermənistan parlamentinin hakim qanadının uzun zamandır Rusiyaya qarşı kəskin mövqedə dayandığını, indi durumun dəyişməyə başladığını yazır:

 “Spiker Alen Simonyan uzun müddətdir yalnız Qərb ölkələrində səyahət edir, anti-Rusiya bəyanatlarına görə Moskvada arzuolunmaz şəxs sayılır, Mariya Zaxarova ilə də uzaqdan bir-birlərini “bombalayırlar”. Bəlkə də Simonyanın özü Rusiyaya getməkdən yayınır, buna görə Akop Arşakyanı göndərirlər”.