İspaniyada qanuni ev işğalı: Hər kəs istədiyi evə girə bilər
    • 27-06-2024, 23:22
    • 436

İspaniyada qanuni ev işğalı: Hər kəs istədiyi evə girə bilər

Avropa ölkələri arasında futbolu, çimərlikləri və “siesta”-sı ilə tanınan İspaniya ilə bağlı çox insanın bilmədiyi maraq və bir o qədər də anlaşılması çətin mövzu var. Təsəvvür edin ki, siz bir neçə günlük başqa bir şəhərə istirahətə gedibsiz və qayıdanda evinizdə başqa bir şəxsin məskunlaşdığını görürsünüz.

Bu məqamda necə bir reaksiya göstərərdiz? Təxmin etmək çətin deyil ki, bir çoxlarımız dərhal hüquq mühafizə orqanlarına müraciət edib məsələni cəmi bir neçə saat ərzində həlledərdik. Lakin təəccüblüsü də budur ki, İspaniyada bu situasiya qarşılaşan ispanlar bu problemin üstəsindən bu qədər rahat gələ bilmirlər.

“Okupas” adlanan bu mülkiyyətə təcavüz növü uzun illərdir ki, İspaniyanın ən böyük problemlərindən birisidir. Belə ki, mülkiyyətçinin ikinci və ya boş olan bir evində bu hadisə baş verərsə, nəinki şəxsin bu təcavüzkarı evdən çıxarmaq hüququ yoxdur, hətta hüquq mühafizə orqanları belə bunu edə bilmirlər. Bu hadisəni əsasən miqrantlar törədirlər. Bu proses aylar və hətta illərlə belə çəkə bilər. 

2018-ci ildə İspaniya hökuməti tərəfindən bu prosesin sürətləndirilməsi üçün qanun qəbul edilsə də, günümüzdə hələ də proseslər bir neçə il davam edə bilir.

Məsələylə bağlı bir digər maraqlı məqam isə evi istila edən bu şəxs həmin evdə yaşadığı müddətdə evin əşyalarını da sata bilər.

Dövlət bu mövzuda mülkiyyətçiləri daha diqqətli olmağa, mülklərinin qorunmasında daha güclü tədbirlər almağa çağırır.// ednews