Mask gənclik illərinin fotosunu paylaşdı
    • 30-06-2024, 11:36
    • 155

Mask gənclik illərinin fotosunu paylaşdı


Milyarder İlon Mask sosial şəbəkədəki səhifəsində gəncliyinin unikal fotosunu dərc edib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, şəkil 1994-cü ildə çəkilib. Fotoda gələcək milyarderin iyirmi üç yaşı var və ABŞ bayrağının fonunda dayanıb.

Qeyd edək ki, Mask Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub. Bir müddət Pretoriya Universitetində təhsil alıb, 17 yaşında Kanadaya köçüb . Kinqstondakı Kraliça Universitetinə daxil olub və iki il sonra Pensilvaniya Universitetinə köçüb, burada iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi alıb.