-
- 30-06-2024, 11:16
- 249
Fransada növbədənkənar parlament seçkiləri keçirilir
Bu gün Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin birinci turu keçirilir.
News24.az publika.az-a istinadla xəbər verir ki, seçki məntəqələri əsasən yerli vaxtla saat 08:00-da açılacaq və saat 18:00-a qədər açıq olacaqlar.
Bununla belə, bəzi şəhər və departamentlərdə məntəqələrin açılış saatları dəyişə bilər. Xüsusən də Paris də daxil olmaqla böyük şəhərlərdə seçicilər yerli vaxtla saat 20:00-a qədər səs verə biləcəklər
Qeyd edək ki, təxminən 68 milyon 400 min əhalisi olan ölkədə 49,5 milyon fransız seçici səs verəcək. Onlar 5 il müddətinə Milli Məclisdəki təmsilçiləri olan 577 deputatı seçəcəklər.
4 min 9 deputatlığa namizədin mübarizə apardığı seçkinin birinci turunda 12,5 faiz və daha çox səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştirak edə biləcək.
Parlamentdə mütləq çoxluğu əldə etmək üçün partiyalar və ya ittifaqlar 289 deputata çatmalıdır.
Seçkilərin ilk nəticələri yerli vaxtla saat 20:00-dan sonra gözlənilir.