Qalatasaray-dan Mukiele hücumu
    • 27-06-2024, 22:40
    • 419

Qalatasaray-dan Mukiele hücumu

Transferdə sağ cinah müdafiəçisi axtarışlarını davam etdirən "Qalatasaray"da yeni iddia ortaya atılıb.

News24.az xəbər verir ki, sarı-qırmızılıların Paris Saint-Germain-də çıxış edən Nordi Mukieleni transfer etmək istədiyi iddia edilib.

PSJ-nin 26 yaşlı futbolçunu transfer qiyməti ilə birlikdə satmaq istədiyi, ancaq icarə məsələsinin də gündəmdə olduğu bildirilib..

Qeyd edək ki, ötən mövsüm PSJ-də 20 rəsmi oyuna çıxan fransız futbolçu 1 məhsuldar ötürmə edib.

Günel Məlikzadə