Ukrayna və Çexiya təhlükəsizlik zəmanətləri sazişi imzalayacaq
    • 28-06-2024, 21:01
    • 150

Ukrayna və Çexiya təhlükəsizlik zəmanətləri sazişi imzalayacaq

İyulun 18-də Avropa Siyasi Birliyinin Londonda keçiriləcək sammitində Ukrayna və Çexiya təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq.

News24.az xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala X-dəki paylaşımında məlumat verib.

Ukraynanın sammitə qədər Polşa ilə də belə bir saziş imzalayacağı barədə rəsmi informasiya var.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.